Untitled Document
Şirvan şəhəri Araz çayı ilə Kür çayının qovuşduğu ərazidədir, şəhərdən bir neçə kilometr uzaqda Suqovuşan adlanan yerdə mənbəyini Anadolu dağlarından alan iki çay bir-birinə əks istiqamətdə axaraq ən sonda burada birləşir, "qol-boyun olub" Xəzərə axır. Bu bizim üçün rəmzi məna daşıyır. Kür və Araz Anadoludan gəlib Azərbaycanda yeni nəslə maarif xidməti göstərən maarifçi insanların birliyinin rəmzidir. İş elə gətirdi ki, 1993-cü ildə Quba rayonunun Zərdabi kəndində fəaliyyətə başlayan lisey çox keçmədən Bakıya köçmüş, orada da bir neçə il fəaliyyət göstərdikdən sonra bu gün Şirvan şəhərində öz fəaliyyətini davam etdirir.

Şirvan Özəl Türk Liseyi bütün bölgənin iftixarıdır. Şirvan şəhərindən və ətraf rayonlardan, hətta paytaxt şəhərimiz Bakıdan gəlib burada təhsil alan şagirdlər hər cür qayğı və diqqətlə əhatə olunmuşlar. Məktəbin müasir sinif otaqları, laboratoriyaları, kitabxana, yeməkxana və yataqxanası, idman meydançaları, istirahət zonası şagirdləri də, valideyinləri də məmnun edir.

Güclü pedaqoli və yardımçı-pedaqoji kollektivə, maddi-texniki bazaya malik olan Şirvan Özəl Türk Liseyi Respublika və Beynəlxalq olimpiadalarda, ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlər əldə edərək Şirvan bölgəsinin iftixarına çevrilmişdir.
Şirvan Özəl Türk Liseyi
Şirvan şəh. Xəqani küç. 16
Tel: (+994 197) 5 01 45
Fax: (+994 197) 5 14 20
e-mail: sirvan@cag.edu.az